26 C
Bakı
16 Avqust 2026 03:44
Dünya

İran prezidenti: “Nüvə enerjisindən imtina etməyəcəyik”

İran prezidenti: “Nüvə enerjisindən imtina etməyəcəyik”

İran prezidenti İbrahim Rəisi paytaxt Tehranda yerli və xarici jurnalistlərlə görüşüb.

Tacxeber.az xarici mediaya istinadən bildirir ki, prezidentliyinin ilk ilini başa vurduğunu bildirən Rəisi, ölkənin problemlərinin həllində xarici ölkələrdən asılı olmadıqlarını və öz daxili imkanlarından istifadə etməyə çalışdıqlarını ifadə edərək, “problemləri həll etmək üçün kənara deyil, özümüzə güvənməliyik”,-deyib.

“Heç kimin problemini həll edə bilməyən əcnəbilər bizim də problemlərimizi həll edə bilməz. Hesab edirik ki, ölkə öz gücünə, daxili imkanlarına diqqət yetirməlidir”,-deyə Rəisi söyləyib.

Rəisi nüvə enerjisindən istifadənin İranın təbii haqqı olduğunu ifadə edərək, “nüvə enerjisi bizim ən təbii haqqımızdır. Biz nüvə enerjisindən imtina etməyəcəyik, bu, bizim haqqımızdır. Lakin bizim doktrinamızda nüvə silahına yer yoxdur və biz bunu haram hesab edirik” ifadəsini işlədib.

İsrailin İranın nüvə fəaliyyətlərinə qarşı təhdidlərinə cavab verən Rəisi deyib ki, İran təhdidlərdən asılı olmayaraq nüvə proqramını davam etdirəcək və İsrail buna mane ola bilməz.

Tacxeber.az

Oxşar xəbərlər

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Taliban Əfqanıstanı qadınlar üçün cəhənnəmə çevirib

redaktor

Mənzillər, qətl və milyonlar: Elman Paşayevin oğlu səs-küylü işdə təqsirləndirilən şəxsə çevrilib

redaktor