19 C
Bakı
24 İyun 2025 00:53
DünyaMuharibəSiyasət

“İran qabağından yemədi, cavab verdi (güya), imicini qorudu.

“Hamı öz rolunu gözəl oynadı, hər bir siyasi aktyor karlı çıxdı və bu yaxşıdı, əsas odur ki, böyük müharibə olmasın”.

 

Bunu iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

 

Ekspert bildirib ki, İran İsrailə cavab verərək imicini qorudu:

“İran qabağından yemədi, cavab verdi (güya), imicini qorudu. Özü də əvvəlcədən hara, nə qədər, hansı model PUA və raketlərlə “zərbə” endirəcəyini elan etməklə bu addımı atdı. Bölgədəki “proksiləri” də, işin içində olduğunu, onların sözünə baxdığını göstərdi və elan etdiki, bununla da onlar daha heç bir addım atmayacaqlar”.

Cəfərli həmçinin qeyd edib ki, İsrail bunun nəticəsində beynəlxalq dəstəyi bərpa etdi:

“İsrail Qəzzada etdiklərinə görə itirməkdə olan beynəlxalq dəstəyini bərpa etdi, atdığı addımlara legitimlik qazandırdı, daxildə dəstəyi azalan indiki hökumət, atılan 99% PUA və raketləri “məhv” edərək daxildə nüfuzunu “təmir” etdi.

ABŞ İran və İsrail arasında yaxşı moderatorluq edib, hələ də dünyada əsas rejissor olduğunu göstərdi”.

 

P.S. Hətta tamaşanın zamanı da razılaşdırılmışdı – şənbədən bazara keçən gecə, yəni, dünya birjaları qapalı olan zaman baş verdi ki, neft və digər məhsullarda ciddi qiymət artımı olmasın və bunun tamaşa olması, bir daha deyim ki, yaxşıdır, deməli hələ dünyada diplomatiya ölməyib…”

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya Qara dənizə raketdaşıyıcılar buraxdı: Ukrayna əhalisinə xəbərdarlıq edildi

admin

Kiyevin ATACMS-la ilk hücumu: Rusiya aciz qaldı – Detallar

redaktor

ABŞ: Trampı İran öldürmək istəyirmiş, amma… – ŞOK DETALLAR

admin