24 C
Bakı
13 Avqust 2025 07:49
Dünya

İranın hücumundan sonra İsraildən qaçdığı deyilən Qalkin danışdı

İranın İsrailə hücumunun ardından Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkinin övladları ilə birgə ölkəni tərk etdiyi iddia olunub.

 

Axşam.az xəbər verir ki, şoumen şayiələrin fonunda sosial media hesabılnda paylaşım edərək bunu şayiə adlandırıb. O, hazırda İsraildə olduğunu vurğulayıb.

 

Onun sözlərinə görə, Rusiyada teleqram kanallarından biri Maksimin İsrailə uğurlar arzuladığını, lakin özünün orada olmadığını yazıblar.

 

“Sakit ol, mən İsraildəyəm. Və İsrailin hava hücumundan müdafiəsinə uğurlar arzulayıram. İsraildə olmasaydım belə, yenə də bunu istəyərdim” deyə, Maksim bildirib.

 

Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru onlarla pilotsuz təyyarə və raket atıb.

 

Qeyd edək ki, Puqaçova və Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı iddia edilib. Lakin sonra onlar yenidən İsrailə qayıdıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın daha bir neçə hərbi təyyarəsi məhv edildi.

redaktor

Zelenski Rusiyadan qisas alacağına AND İÇDİ

redaktor

PUA ilə ölkə ərazisinə atılan narkotiki götürmək istəyən şəxslər saxlanılıb

redaktor