Dünya

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb.

 

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, az sayda PUA İraq və Yəməndən buraxılıb, əksəriyyəti isə İrandan edilib.

 

İranın zərbələri nəticəsində İsrailə dəyən zərərin, hücumun miqyası nəzərə alınmaqla, nisbətən kiçik olduğu təxmin edilir.

 

İsrailin baş naziri Benyamin Netanyahu İranın hava hücumunun dəf edildiyini elan edərək, ölkənin və İsrail xalqının qalib gələcəyini vəd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Ukraynanın 30 günlük atəşkəs təklifini rədd etdi.

admin

Humanitar jest yox, təhlükəsizlik hesabı

redaktor

Futbol üzrə dünya çempionatları bu ölkələrdə keçiriləcək – Rəsmi

admin