Şou

“Bir mahnı ilə “Porsche” aldım”

“Bu yaxınlarda bir məclisdə idim, yanımda da müğənni var idi. Bəstəkarlar ona zəng edirdilər. Bu mahnıların qiyməti necə bahadır. Qiyməti 5-10 min manatdır, çox bahadır”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər “Elgizlə izlə” verilişində deyib. O, illər əvvəl Xatirə İslamla ifa etdiyi duetdən qazandığı pulla özünə “Porsche” aldığını bildirib:

 

“Baxmayaraq ki, müğənni deyiləm, mən də müğənnilikdən qazanmışam. Yaxşı gəlir gətirir. O vaxt mən Xatirə İslamla mahnı oxumuşdum. Azərbaycanda bu ifa necə məşhur oldusa, məni müğənni olmaya-olmaya toylara dəvət edirdilər. Çox sağ olsun Xatirə aparırdı, amma hərdən özüm tək də gedirdim. O vaxt maşınım çox zəif idi, bu mahnıdan qəşəng “Porsche” aldım özümə. Amma ondan sonra 2-3 mahnı oxudum, tutmadı. Sonra da ifa etmədim. Bir mahnı ilə 58 min manat qazanmışdım. Bu, 15 il əvvəl olub”.

Tacxeber.com

Oxşar xəbərlər

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor

Cəmiyyət kimi kimləri ucaldırıq?

redaktor

Manaf Ağayev – Əli Vəliyev Ad Günü Qalmaqalı: Azərbaycanın Gündəmi Doğrudanmı Budur?

redaktor