24 C
Bakı
12 Avqust 2025 00:57
Dünya

Fransada naməlum şəxslər məscidi atəşə tutub

Fransanın şimalındakı Şerbur şəhərində naməlum şəxslər məscidi atəşə tutublar.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.

 

Aprelin 8-də axşam saatlarında polis məscidin fasadında güllə izləri, yaxınlıqda isə naməlum çaplı gilizlər tapıblar. Məscidin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Manş departamentinin prefekturası Ramazan bayramı ərəfəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarının “tam hazırlığına” işarə edərək, şəhərin müsəlman icmasına dəstəyini ifadə edib.

 

Xatırladaq ki, mart ayında Fransa Daxili İşlər Nazirliyi 2023-cü ildə Fransada irqçilik, ksenofobiya və dini nifrət zəminində törədilən cinayətlərin sayının 32 faiz artdığı barədə məlumat verib. Bu ölkənin daxili işlər naziri Gerald Darmanen qeyd edib ki, 2023-cü ildə Fransada müsəlmanlara qarşı hücumlar əvvəlki illə müqayisədə 30 faiz çox olub. (Report)

Tacxeber.com

Oxşar xəbərlər

Kiyevin Qoloseyevo rayonunda atışma: SBU əməkdaşı öldürülüb

redaktor

Bu ayın sonunda biz USQ-nin Rusiya ərazisin kütləvi zərbələrini görəcəyik

admin

Donanma məhv edilib, Putinin ümidlərini doğrultmadı

redaktor