28 C
Bakı
12 Avqust 2025 18:50
Siyasət

“Bakının adamı” niyə 6 ay sonra Ermənistana keçdi?

Sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra Qarabağda qalan keçmiş qondarma rejimin “nümayəndəsi” Sərkis Qalstyanın 6 ay sonra Ermənistana köçməsinin səbəbləri araşdırılır.

 

Tacxeber.comGlobalinfo.az-a istinadən xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Qalstyanın Xankəndidə qalmasını “ermənilərin qayıdışına inam”la əlaqələndirib.

 

Qəzetin iddiasına görə, Sərkis Qalstyan Qarabağı tərk etmiş ermənilərin Rusiyanın vasitəçiliyi ilə Xankəndiyə qayıdacağına və burada onların hansısa “statusa” malik olacağına inanıb. Lakin 6 ay keçməsinə baxmayaraq, hər hansı qayıdışın olmadığını gördüyü üçün həyat yoldaşı ilə Ermənistana köçməyə qərar verib. Burada isə saxlanılaraq casusluq ittihamı ilə həbs edilib.

 

Xatırladaq ki, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra Sərkis Qalstyanın Bakı tərəfindən “Xankəndidəki ermənilərin nümayəndəsi” təyin edilməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra onun qardaşı məlumatın saxta olduğunu açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan səhər tezdən işə bu paylaşımla başladı: II Qaregini biabır etdi

redaktor

Vasif Talıbov istefasını bu səbəblə əlaqələndirdi

admin

Putin İlham Əliyevi öldürmək istəyir?

admin