32 C
Bakı
12 Avqust 2025 18:04
Siyasət

Tanınmış müsavatçı çağırış etdi: “İsa Qəmbər qayıtsın!”

May ayının əvvəlində Müsavat Partiyasının növbəti qurultayı keçiriləcək. Bununla bağlı Müsavat Məclisi müvafiq qərar qəbul edib.

 

Tacxeber.comxəbər verir ki, qurultayda partiyanın yeni başqanı seçiləcək.

 

Yeni başqanın kim olacağı ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bu sırada adı çəkilən şəxslərdən biri də Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərdir. İsa Qəmbərin may ayının əvvəlində keçiriləcək qurultayda yenidən partiya başqanı seçiləcəyi iddia olunur.

 

Qeyd edək ki, artıq bununla bağlı kampaniyaya start verilib. Müsavat fəalı Dadaş Əhmədli bu barədə özünün sosial şəbəkə hesabında çağırış edib. Əhmədli İsa Qəmbəri birləşdirici şəxs kimi xarakterizə edərək, onun yenidən başqan seçilməsini arzuladığını bildirib. O, müsavatçıları onun səsinə səs verməyə çağırıb.

 

Çox sayıda Müsavat üzvü bu müzakirələrə qoşulub. Onların əksəriyyəti İsa Qəmbərin namizədliyini dəstəkləməyə hazır olduqlarını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Seçki saxtakarlığı: Rövşən İsgəndərov və Əkbər İsgəndərov həbs olundular

redaktor

Türkiyəli siyasətçidən şok açıqlama: Krımı Rusiya ərazisi kimi tanıyırıq

redaktor

Qüdrət Həsənquliyev: “Dövlət orqanına səlahiyyət verə bilmərik ki, özü əlavə xidmət haqqı alsın”

redaktor