31 C
Bakı
13 Avqust 2025 17:54
DünyaSiyasət

Türkiyədə seçkilər başa çatdı – Səslər sayılır

Türkiyədə yerli idarəetmə orqanlarının rəhbər vəzifələri və məslis üzvləri üçün keçirilən seçkilər başa çatıb.

 

TRT xəbər verir ki, sandıqlar bağlanıb və səslərin sayılması prosesi başlayıb.

61 milyon 441 min 882 seçicinin olduğu və 34 siyasi partiya namizədinin mübarizə apardığı seçkilərdə ölkə üzrə 206 min 845 seçki sandığı qurulub, minə yaxın daşınan seçki qutusu yaradılıb.

81 vilayət, 973 rayon və 390 qəsəbə bələdiyyə başçılarının, həmçinin 50 min 336 muxtarın seçildiyi seçkilərdə vilayət məclisi üzvlüyü və bələdiyyə məclisi üzvlüyünə seçkilər də keçirilib.

Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının növbəti qərarına qədər seçkilərin ilkin nəticələri ilə bağlı KİV-də hər hansı məlumat dərc oluna bilməz. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Xaricdə “Abu Malik” adı ilə vətəndaşlarımızı tutdururdu – DTX həbs etdi

redaktor

Həbsdə olan YAP-çı qadın aclıq etmir – AÇIQLAMA

redaktor

Türkiyə Ukrayna donanması üçün ilk korveti SUYA BURAXDI – FOTO

redaktor