14 C
Bakı
01 Aprel 2026 14:01
Dünya

Dünyanın gözü Zaporojyedədir: “Vəziyyət olduqca narahatedicidir”

Dünyanın gözü Zaporojyedədir: “Vəziyyət olduqca narahatedicidir”

Dünyanın gözü Zaporojyedədir:Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Zaporojye Atom Elektrik Stansiyası haqqında danışıb.

Tacxeber.az xəbər verir ki, Josep Borrell Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyətin son dərəcə narahatedici olduğunu bildirib.

Avropanın ən böyüyü olan Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında Ukrayna-Rusiya qoşunları arasında toqquşmaların nüvə fəlakətinə səbəb ola biləcəyi ilə bağlı narahatlıq getdikcə artır.

6309c0fcc8c3730c748bc6cd.jpg (111 KB)

Sosial media hesabında paylaşım edən Borel Rusiyaya müraciət edib: “Zaporojye Atom Elektrik Stansiyası ətrafındakı vəziyyət son dərəcə narahatedicidir. Rusiya zədələnmiş elektrik xətlərini təmir etməli və Ukrayna elektrik şəbəkəsi ilə tam əlaqəni bərpa etməlidir. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) səlahiyyətlilərinə obyektə daxil olmağa icazə verilir”. (Musavat.com)

Tacxeber.az

Oxşar xəbərlər

“Rusiya telekanalları bağlansın!” – Zelenski

redaktor

Rusiya FSB azərbaycanlını SBU-da işləməkdə ittiham edərək saxlayıb

redaktor

İran Ermənistana “Şahid” satmağa hazırlaşır

admin