2 C
Bakı
11 Fevral 2026 03:08
DünyaMuharibə

Bura ruslar üçün ölümcül şəhər olacaq – Sırski

Ukraynada 500 min hərbçinin səfərbərliyə cəlb edilməsinə ehtiyac xeyli dərəcədə azalıb.

 

Bu fikri Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “Ukrinform”a müsahibəsində bildirib.

Cəbhədəki vəziyyətin mürəkkəb olduğunu deyən Sırski vurğulayıb ki, Rusiya Xarkova hücum etmək fikrinə düşsə, bura onlar üçün “ölümcül şəhər” olacaq.

 

“Biz yalnız müdafiə olunmuruq, hər gün fərqli istiqamətlərdə irəliləyirik. Bizim geri qaytardığımız mövqelərin sayı itirilmiş mövqelərin sayını üstələyir. Düşmən strateji istiqamətlərdə əhəmiyyətli dərəcədə irəliləyə bilmədi, onun ərazi nailiyyətləri olsa-olsa taktiki əhəmiyyət daşıyır. Bu vəziyyətə nəzarət edirik”, – deyə Baş komandan əlavə edib.

Onun sözlərinə görə, müəyyən ərazilərdəki mövcud vəziyyət gərgin olaraq qalır, işğalçılar səyləri artırır və xeyli itki verməsinə baxmayaraq, kütləvi hücum taktikasını davam etdirir. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Fidanın Blinkenə soyuq münasibətinə Rusiya belə reaksiya verdi

admin

Rusiyada Araz Aqalarovdan “Krokus”un alınması tələb olunub

redaktor

İsrail HƏMAS-la razılaşma çərçivəsində 39 fələstinli girovu azad edib

redaktor