24 C
Bakı
12 Avqust 2025 00:07
Şou

Elşad Qarayev Ağadadaşı Ağayevi duelə çağırdı

Müğənni Elşad Qarayev onun ifasını tənqid edən Xalq artisti Ağadadaş Ağayevi duelə çağırıb.

 

Axşam.az xəbər verir ki, ifaçı bu haqda “Rəngarəng səhər” proqramında deyib. O bildirib ki, A.Ağayevi duelə çağırır:

 

“Ağadadaş Ağayevi duelə çağırıram. Gözləyirəm… Öz mahnılarıma nə olub ki, Ağadadaşın mahnısını oxuyum? Bu işin axırına çıxmalıyam ki, mahnını mən düz oxumuşam”.

 

Qeyd edək ki, A.Ağayev “Necə deyim” mahnısını oxuyan E.Qarayevin ünvanına “Mahnılarımı ifa edirlər, amma elə yanaşmalar var ki… Bəziləri mahnılarımı oxuyur, adlarını çəkməyim. Elə oxuyurlar ki, onların yerinə utanıram. Elşad Qarayev mahnımı oxuyub. Mahnını necə dəyişibsə… Şur üstündədir, segaha keçirsən və qayıdırsan şura. O isə başqa nəyəsə keçib. Elə bil gəzməyə gedib, evə qayıda bilməyib. Elşada ərkim çatır deyə, deyirəm. Özünə də demişəm ki, düz oxu” sözlərini söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Belə mədəniyyətsiz gənclər harada yetişir? – Aktyordan nazirliyə müraciət

redaktor

Hüseyn bütün əmlakını itirmək üzərədir

admin

Davud Güloğlu da millət vəkili olmaq istəyir

redaktor