Dünya

Rusiya nağıl danışmasın: terakt haqda bilirdi – Budanov

Rusiya “Krokus Siti Holl”dakı terakt barədə öncədən xəbərdar idi.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov deyib.

 

“Ən azı 15 fevralda Rusiya hazırlıq barədə məlumatlı idi. Sizə daha ətaflı deyim… Bu informasiya Suriyadakı qrupun kəşfiyyat şöbəsindən keçib. Oradan da Moskvaya gedib. Ona görə də hadisənin birdən-birə baş verməsi ilə bağlı nağıl danışmasınlar”, – deyə Budanov qeyd edib.

 

Onun sözlərinə görə, Rusiya terrorçuların haradan gələcəyini, hansı iki ölkənin ərazisində yerləşəcəyini öncədən bilirdi.

Tacxeber.com

Oxşar xəbərlər

Üç MiQ-31 və iki Su-34: Ukrayna Silahlı Qüvvələri Rusiya aerodromuna zərbə endirib

redaktor

Suriya “Hizbullah”a mane olur, İsrailə yol açır

redaktor

Tramp gömrük müharibəsinə qayıdır: 16 ölkəyə yeni rüsumlar

redaktor