Hadisə

Moskva terrorunda təqsirləndirilənlər hadisədən öncə Türkiyədə olublar – ŞOK GƏLİŞMƏ

Moskvada Krokus Siti terrorunun təşkilində təqsirləndirilən şəxslərdən ikisi yanvar-fevral aylarında İstanbudla olublar.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər veriri ki, terror aktında təqsirləndirilənlərdən biri olan Fəridun Şəmsiddin fevralın 20-də Moskvadan İstanbula gəlib, ertəsi gün isə Fatih rayonundakı mehmanxanada qeydiyyatdan keçib.

 

Şübhəli fevralın 27-də oteli tərk edib və yalnız martın 2-də Moskvaya uçub və martın 4-də orada olub.

 

Bryansk vilayətində həbs olunduqdan sonra o, insanları öldürmək üçün ona pul təklif olunduğunu etiraf edib.

 

İkinci şübhəli Racabalızoda Saidakrami Murodali yanvarın 5-də İstanbula gələrək həmin oteldə qeydiyyatdan keçib, fevralın 21-də oteli tərk edib. O, martın 2-də Beynəlxalq Hava Limanından (IST) Moskvaya Şəmsiddinlə eyni reyslə uçub.

 

Türkiyə mətbuatı qeyd edir ki, hər iki şübhəlinin fevralın 27-dən martın 2-dək (Şəmsiddin) və fevralın 21-dən martın 2-dək (Racabalızoda) nə işlə məşğul olduqları və harada olduqları sirr olaraq qalır.

Tacxeber.com

Oxşar xəbərlər

İcra başçısının birinci müavini işdən çıxdı

admin

Gürcüstanda URAN satmağa cəhd edilər

redaktor

Rusiya FSB azərbaycanlını SBU-da işləməkdə ittiham edərək saxlayıb

redaktor