Dünya

Rusiyanın ən təhlükəli iki raketi – Ekspert

Rusiyanın Ukraynaya hücum etdiyi “Xəncər” və “Sirkon” – hipersəs raketlər sayılır. Bununla belə, onların bir əhəmiyyətli fərqi var, o da mühərriklərinin işləməsidir.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri aviasiya üzrə ekspert və Ukrayna Dövlət Aviasiya Muzeyinin aparıcı elmi işçisi Valeri Romanenko bildirib.

 

“Onların hər ikisi hipersəsdir. Yəni “Xəncər” şərti olaraq hipersəs raketdir, çünki öz trayektoriyası ilə səs sürəti ilə uça bilir, lakin sonra mühərriki dayananda ətalətlə uçur – sürət itir, maksimum 4 Max (4900 km/saat) təşkil edir. Bu isə hipersəs hesab edilmir. Hipersəs 5 Maxdan (6125,2 km/saat) başlayır. Ruslar üçün isə hipersəs 4,5 Maxdan başlayır”, – o deyib.

 

Ekspertin sözlərinə görə, “Xəncər” məsafənin çox hissəsini 4,5 Maxla uçur:

 

“Sirkon” isə daha təhlükəlidir, çünki onun mühərriki daha uzun müddət işləyir. Ona görə də yüksək sürəti saxlayır və onu vurmaq daha çətindir”.

Tacxeber.com

Oxşar xəbərlər

Nensi Pelosi Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmədi

redaktor

Belçikanın gələcək kraliçasının Harvardda təhsili yarımçıq qala bilər

redaktor

Sentyabrda dörd dəhşətli gün: Evdən çıxmasanız, yaxşı olar

redaktor