32 C
Bakı
20 Avqust 2026 14:17
CəmiyyətHadisəKriminal

Azərbaycanda vəkil həbs edildi.

200 min manata yaxın mənimsəmədə ittiham olunan 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva həbs edilib.

 

Tacxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl barəsində qiyabi həbs qərarı çıxarılmış vəkil polis əməkdaşları tərəfindən saxlanılıb.

Əliyeva müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib. S.Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, bir ilə yaxın məhkəmə proseslərinə gəlməyib. Onun haqqında ötən ilin əvvəlində polis vasitəsilə məcburi məhkəməyə gətirilmə qərarı çıxarılsa da, keçmiş vəkili yenə də hakim qarşısına çıxarmaq mümkün olmayıb. Hakim Mahmud Ağalarov çoxsaylı çağırışlarına gəlməyən xanım müttəhim haqqında qiyabi həbs qərarı qəbul edib. Artıq qərar polis tərəfindən icra edilib. Yaxın günlərdə məhkəmə araşdırması yenidən davam edəcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

10 saylı CÇM-də məhkumun huşunu itirənədək döyüldüyü iddia olunur

admin

Reytinq naminə insan dərdinə dəyməyin!

redaktor

Azərbaycanda doğum azalır, ölüm artır

redaktor