25 C
Bakı
23 İyun 2025 13:54
DünyaGündəm

“Terror aktını kimin törətdiyini bilirik” – Putindən SON DƏQİQƏ açıqlaması

“Krokus”da terror aktını kimin törətdiyini bilirik”.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Krokus Siti Holl”da baş vermiş terror aktından sonra görülən tədbirlərə dair müşavirədə deyib.

 

“Terror aktını radikal islamçılar törədib, lakin Rusiya hələ də islamçıların Moskva yaxınlığındakı terror aktında iştirakı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməlidir. Bu, qorxutma aktıdır. Dərhal sual yaranır: bundan kim faydalanır? Bu, yalnız 2014-cü ildən Kiyev rejiminin əli ilə bizimlə döyüşənlərləəlaqəli ola bilər. Nasistlər heç vaxt ən çirkli üsullardan istifadə etməkdən çəkinmirlər. Xüsusilə indi onların əks-hücumları uğursuzluqla nəticələnib”, – deyə Putin qeyd edib.

 

O bildirib ki, məqsəd Kiyev rejimi üçün hər şeyin əldən getmədiyini göstərməkdir.

 

“Sərhəd ərazilərimizdə möhkəmlənmək cəhdləri bundan irəli gəlir. Krım körpüsünə raket zərbələri endirməyə cəhd edilib. Moskvada baş verən qanlı terror hadisəsi məntiqi olaraq bu silsiləyə uyğun gəlir. Məqsəd Kiyev rejimi üçün hər şeyin əldən getmədiyini göstərməkdir. Biz Qərb kuratorlarını izləməli və son ukraynalıya qədər mübarizə aparmalıyıq”, – deyə Putin əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Həyat yoldaşı tərk etdi! Kanalizasiya quyusunda 15 il yaşadı

redaktor

Bu müharibədə arxa cəbhə ön cəbhədən daha təhlükəlidir

redaktor

Qəzzadan atılan raket Təl-Əvivdə yaşayış binasına düşüb – VİDEO

redaktor