24 C
Bakı
24 İyun 2025 19:36
Şou

Filipp Bakıya bu səbəbdən gəlib

Rusiyanın Xalq artisti Filipp Kirkorovun Bakıya gəlmə xəbəri səs-küysüz ötüşməyib.

 

Tacxeber.com xəbər verir ki, rus və erməni mətbuatı sənətçinin Azərbaycana təşrif buyurmasını birmənalı qarşılamayıb. Bu haqda xəbərlər “Gazeta ru”, “News.am”, “7days.ru” kimi saytlarda yer alıb.

 

Bəzi mənbələr iddia edib ki, Filippin maliyyə məsələləri ilə bağlı problemi olduğu üçün Rusiyanı tərk edib. Müxtəlif saytlarda çıxan iddialara Kirkorov və komandasından heç bir açıqlama gəlməyib.

 

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin Bakıya gəlmə səbəbi həmin gün qatılacağı toy mərasimi olub. Filipp paytaxtın dəbdəbəli restoranlarından birində keçirilən məclisdə iştirak edib və səhnə alıb. Lakin mərasimdən görüntülərin çəkilməsinə icazə verilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Zenfira həyat yoldaşının xəyanəti haqda – “Ciddiyə almamışam”

redaktor

“Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?” – Rövşən İsax

redaktor

“İlhamə Quliyevanın sağlığında danışa bilmirdinizsə, indi susun” – Afət Fərmanqızı

redaktor