28 C
Bakı
13 Avqust 2025 20:22
Dünya

“Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi”

“Vladimir Putin 1999-cu ildə Rusiya prezidenti olsaydı, Şimali Atlantika Alyansının (NATO) Yuqoslaviya Federativ Respublikasını bombalamasına icazə verməzdi”.


Tacxeber.com
 xəbər verir ki, bunu Serbiya lideri Aleksandr Vuçiç “Rossiya-1” telekanalına müsahibəsində deyib.

O, Serbiyanın bu günə qədər Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyini də vurğulayıb:

“Onlar (NATO – red.) bundan istifadə edib, bizim silahlarımızı məhv etmək üçün bizi bombalamaq üçün bir yol tapıblar. Qlobal səviyyədə heç bir əks tarazlıq olmadığından, o zaman onlara müqavimət göstərə biləcək heç kim yox idi”, – Vuçiç bildirib.

Qeyd edək ki, 24 mart 1999-cu ildə NATO-nun Yuqoslaviya Federativ Respublikasına qarşı hərbi əməliyyatı başlayıb. Alyansın rəhbərliyi Müttəfiq Qüvvələrin əməliyyatının əsas məqsədini “Kosovoda alban əhalisinin soyqırımının qarşısının alınması” adlandırıb.

NATO-nun məlumatına görə, 78 gün davam edən əməliyyat zamanı alyans ölkələrinin aviasiyası 38 min döyüş uçuşu həyata keçirib, onlardan 10 mindən çoxunun məqsədi zərbələr endirmək olub.

Tacxeber.com

Oxşar xəbərlər

Silah çatışmamazlığı səbəbindən Rusiya Şimali Koreyadan tam asılı vəziyyətə düşür

admin

Hindistan-Pakistan gərginliyi pik həddə: Bütün su bəndləri bağlandı

redaktor

Ayətullah Sistani İran-İsrail gərginliyi fonunda İraqın siyasəti ilə bağlı danışdı

redaktor