29 C
Bakı
11 Avqust 2025 17:02
Dünya

Rusiya britaniyalı nazirin təyyarəsini məhv etmək istəyib

Polşadan qayıdan Böyük Britaniyanın müdafiə naziri Qrant Şeppsin olduğu təyyarənin peyk siqnalı Rusiya tərəfindən pozula bilər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Röyters”ə Britaniya hökumətindəki mənbələr məlumat verib.

 

Bildirilib ki, təyyarə Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçarkən təyyarədəki GPS siqnalı təxminən 30 dəqiqə bloklanıb.

 

Bu müddət ərzində mobil telefonlar internetə qoşula bilməyib, ona görə də təyyarənin yerinin müəyyən edilməsi üçün alternativ üsullardan istifadə edilməsi məcburiyyəti yaranıb.

 

Britaniya Müdafiə Nazirliyi vəziyyəti şərh etməkdən imtina edib.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp müharibəni daha tez bitirəcək – Zelenski

admin

Makron fransızları mümkün elektrik kəsintilərinə görə panikaya düşməməyə çağırıb

redaktor

Koreya yarımadasında da müharibə başlayır? – Kim Çen İnin bacısından XƏBƏRDARLIQ

redaktor