Dünya

“TikTok”u satmaq tələbi soyğunçuluqdur – Çin XİN

ABŞ Konqresinin “TikTokla bağlı hərəkətləri açıq-aşkar soyğunçuluqdur.

 

Tacxeber.com xəbər verir ki, bunu Çin XİN-in sözçüsü Van Venbin deyib.

 

Onun sözlərinə görə, Amerika tərəfi ədalətli rəqabət prinsiplərinə və beynəlxalq ticarət qaydalarına zidd hərəkət edir.

 

Venbin Birləşmiş Ştatların “TikTok”-un milli təhlükəsizliyə təhdid yaratdığına dair heç vaxt sübuta sahib olmadığını” açıqlayıb.

 

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası “TikTok”-a mümkün qadağanı dəstəkləyib. Qanunvericilər ByteDance operatoruna bu sosial şəbəkəni satmaq üçün 6 ay vaxt verib. Bundan sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək.

 

Amerika prezidenti Co Bayden daha əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Laçında Kardaşyanın pulu ilə tikilən evlər – VİDEO

redaktor

Zelenskinin valideynləri kimdir və harada yaşayırlar?

redaktor

Süni intellekt haqqında xüsusi qanunun qəbuluna ehtiyac var? – AÇIQLAMA

redaktor