11 C
Bakı
27 Mart 2026 20:05
Dünya

Argentina Ukraynaya dəstək sammiti keçirəcəyini ELAN ETDİ

Argentina prezidenti Xavyer Miley bu il Ukraynaya dəstək üçün Latın Amerikası ölkələrinin sammitini keçirməyi planlaşdırır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə o, “Financial Times” qəzetinə müsahibəsində deyib.

 

Miley söyləyib ki, “azadlığı müdafiə edən” ölkələrə, o cümlədən ABŞ, İsrail və Ukraynaya üstünlük verir.

 

Qeyd edək ki, Argentina 2023-cü ilin dekabrında Ukraynaya Rusiya istehsalı olan iki Mi-171E helikopterini pulsuz hədiyyə edib. Onlar 2011-ci ildə mülki məqsədlər üçün alınıb. Rusiyanın Buenos-Ayresdəki səfiri Dmitri Feoktistov Moskvanın bu qərara etiraz etdiyini bildirib.

 

Bir müddət sonra isə Argentina BRİKS-ə qoşulmaq istəmədiyi barədə Rusiyanı rəsmi şəkildə xəbərdar edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Putinin nüvə təhdidləri çarəsizlik əlamətidir” – Böyük Britaniya XİN rəhbəri

admin

Dünyanın ən çirkli havası olan 10 şəhəri – Siyahı

redaktor

Britaniyalı qadın qeyri-adi doğum ləkəsi olan körpə dünyaya gətirdi – FOTO

redaktor