Aleksey Navalnının dul xanımı Yuliya Navalnaya Avropa Parlamentini Rusiyadakı cinayətkar rejimlə ardıcıl mübarizəyə çağırıb.
Tacxeber.comxəbər verir ki, Yuliya Navalnaya bu çağırışı Avropa Parlamentində bugünkü çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, on milyonlarla rus vətəndaşı Putinə qarşıdır və onlar təqibə məruz qalmamalıdırlar. Mübarizənin təkcə diplomatik metodlarla deyil, maliyyə araşdırmaları əsasında da aparılmalı olduğunu bildirən Navalnaya əlavə edib ki, Putin Rusiya, qonşu Ukrayna və ərinə qarşı törətdiklərinə görə cavab verməlidir:
“Ərim gələcəyin gözəl Rusiyasını heç vaxt görməyəcək. Amma biz bunu görməliyik. Mən onun arzusunu gerçəkləşdirmək üçün əlimdən gələni edəcəyəm ki, şər qüvvəsi çöksün və bu gözəl gələcək daha tez gəlsin”.