Dünya

Ermənistanda iki Türkiyə vətəndaşı həbs edildi

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları iki Türkiyə vətəndaşını saxlayıb.


Tacxeber.com
 “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti ilə birgə fəaliyyətin nəticələrinə əsasən İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, həbslər fevralın 20-də İrəvanın müxtəlif ünvanlarında olub.
İddia edilir ki, Türkiyə vətəndaşları İ.K. və E.Y. saxta sənədlərlə “Baqrataşen” keçid məntəqəsi vasitəsilə Gürcüstandan Ermənistana daxil olublar:

“Onlardan ən azı birinin ölkəyə qanunsuz daxil olmasına Ermənistan vətəndaşı A. M. şərait yaradıb.
Türkiyə vətəndaşları sənədləri saxtalaşdırmaq və sərhədi qanunsuz keçməkdə ittiham edilərək həbs ediliblər. Bu cinayətlərdə şərik olmaqda təqsirləndirilən A.M.-nin yerini tərk etməməsi barədə yazılı iltizamla ev dustaqlığına buraxılıb”.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ kəşfiyyatı: Rusiyanın sursatı tükənir, zəifləyəcək!

admin

Boşanma prosesində ŞOK YAŞANDI: ər arvadından böyrəyini qaytarmasını tələb etdi

redaktor

Türkiyə Prezidenti: Ölü və ya diri, heç bir vətəndaşımızı dağıntı altında qoymayacağıq

redaktor