21 C
Bakı
12 Avqust 2025 04:08
Gündəm

“Ermənistan atəşkəsi pozdu, Ordumuz cavab tədbiri görmədi” – MN

Fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.


Tacxeber.com
 xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib:

“Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik”.

Tacxeber.com

Oxşar xəbərlər

AAYDA-nın əməkdaşı jurnalistə hücum etdi: “Əcəb edirik” – VİDEO

redaktor

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

redaktor

“Bu il fəlakətli itkilər gözlənilir” – Erməni türkoloq

admin