26 C
Bakı
21 İyun 2025 20:50
Toplum

Nail Kəmərlinin maşınından oğurluq edildi – Video

Nail Kəmərlinin maşınından oğurluq edildi – Video

Tanınmış bloger Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.

Tacxeber.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

N.Kəmərli qeyd edib ki, səhər saatlarında “Niva” markalı maşınına minərkən içərisindən oğurluq edildiyini görüb:

“Maşınımı gecə saat 00:00-da saxlamışam. Səhər saat 09:00-da maşınıma minərkən bildim ki, avtomobilimdən oğurluq olunub. Çəkilişlərdə istifadə etdiyim kameramı oğurlayıblar”.

Bloger daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib ki, bu iş nəzarətə götürülsün.

Tacxeber.az

Oxşar xəbərlər

TSK (Trampı Sevməyənlər Klubu) sindromu. Düşünmək üçün.

admin

Çiçəklərin mənaları nədir?

redaktor

Kəlbəcərin bir qrup sakini doğma yurdlarına getdi

redaktor