21 C
Bakı
20 Oktyabr 2026 13:27
GündəmKriminalVideo

“Kubinka”da narkotik satanlar tutuldu, 4-ü qadındır – VİDEO

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (“Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb. Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

Tacxeber.az

Oxşar xəbərlər

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor

Nardarandan Berlinə: İran bayrağı nəyi ifadə edir?

redaktor