20 C
Bakı
10 Oktyabr 2026 02:48
Dünya

Navalnıya görə keçirilən aksiyalarda saxlanılanlara çağırış vərəqələri verildi – KiV

Rusiyanın Sankt-Peterburq şəhər polisi Aleksey Navalnının xatirəsinə mitinqlərdə iştirak etdiklərinə görə saxlanılan yerli sakinlərə hərbi komissarlığa çağırış vərəqələri verməyə başlayıb.

Tacxeber.comxəbər verir ki, bu barədə “İdite lesom” məlumat yayıb.
Bildirilir ki, fevralın 19-da Navalnının xatirəsinə mitinqdə saxlanılan və sonra sərbəst buraxılan 38 yaşlı kişiyə çağırış vərəqəsi verilib.

“Rotonda”nın məlumatına görə, polis ən azı yeddi kişiyə çağırış vərəqəsi verib. Çağırış vərəqəsi vətəndaşları məlumatları dəqiqləşdirmək və hərbi xidmətə qeydiyyatdan keçmək üçün hərbi komissarlığa gəlməyə dəvət edir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinə qarşı tənqidləri ilə tanınan və ölkədə korrupsiyaya qarşı mübarizə aparan Navalnı 2024-cü il fevralın 6-da 3 saylı cəzaçəkmə müəssisəsində vəfat edib.

47 yaşlı Navalnı ekstremizm ittihamı ilə 19 il həbsə məhkum edilmişdi. Navalnının xatirəsinə həsr olunmuş aksiyalarda iki gün ərzində saxlanılanların sayının 400 nəfəri ötdüyü bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukraynanın logistik savaşı: Limanlardan relslərə qədər uzanan böhran

redaktor

Zelenski: Ukrayna komandası ABŞ-da cəbhə kimi istifadə olunur ki, bu da, şübhəsiz ki, ədalətsizdir

redaktor

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor