3 C
Bakı
18 Dekabr 2025 07:30
Kriminal

Maştağadakı Psixiatriya Xəstəxanasında yeniyetmə öldürülüb – İddia

Bu günlərdə Maştağada yerləşən Psixiatriya Xəstəxanasında ölüm hadisəsi olduğu haqda məlumat yayılıb. Deyilənə görə zorakılıq nəticəsində yeniyetmə öldürülüb.

 

Bu barədə Feysbukda “Hüquqşünaslar” qrupunda sosial şəbəkə istifadəçisi Rauf Həsənli paylaşım edib.

 

O, paylaşımında qeyd edib ki, xəstəxanada çalışan nəzarətçi qadın 17 yaşlı yeniyetməni yemək yeyərkən arxadan başına yumruq vurmaqla öldürüb:

 

“Kamera görüntülərində yeniyetmənin heç bir pis hərəkət etmədiyi, sakit oturub yemək yediyi görünür. Bu zaman nəzarətçi uşağı vurur və tikə ət parçası uşağın nəfəs yoluna düşür, vəfat edir”. İddiaçı görüntülərin müstəntiqdə olduğunu, araşdırılma aparıldığının deyildiyini qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Məsuliyyətə cəlb edilən polkovnik, görün, kimin oğludur?

admin

“Papanin” və “Xütor”da ƏMƏLİYYAT: 15 nəfər tutuldu

admin

Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr tutuldu

redaktor