16 C
Bakı
26 Sentyabr 2025 23:33
DünyaHadisə

Oğuzdakı meşə yanğını söndürüldü – Video

Oğuzdakı meşə yanğını söndürüldü – Video

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Oğuz rayonu ərazisində 2 saylı meşə dolayında avqustun 24-də baş verən yanğın genişlənməsinə imkan verilmədən dünən axşam saatlarında söndürülüb.

Bu barədə  FHN-in Mətbuat Xidmətindən məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 0.3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə, havanın yüksək temperaturuna baxmayaraq, həyata keçirilən operativ tədbirlər sayəsində sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

Tacxeber.az

Oxşar xəbərlər

“Putini dayandırmasaq, bu 2 ölkəyə hücum edəcək”

redaktor

Gürcüstanın xaricdəki səfirləri bir-bir istefa verir

admin

Molla rejimi KİNİNİ QUSDU: “Bunu başqası yox, elə İranın özü edib”

redaktor