26 C
Bakı
21 İyun 2025 20:19
Gündəm

Navalnının həyat yoldaşından Putinə şok ittiham

Fevralın 16-da həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifətçi Aleksey Navalnının qəfil ölümünün üzərindəki sirr pərdəsi hələ də qalxmayıb. Kremlin məsələ ilə bağlı susqunluğu, Navalnının meyitinin harada olması ilə bağlı hələ də qeyri-müəyyənlik var.

 

Musavat.com xəbər verir ki, Navalnının həyat yoldaşı Yuliya Navalnaya müxalifətçinin ölümündə növbəti dəfə Vladimir Putini günahlandırıb və rus xalqını mübarizədə ona dəstək olmağa çağırıb.

 

Navalyana ərini Putinin öldürdüyünü iddia edərək, bununla onu həyat yoldaşından, iki uşağını isə atasından ayırdığını bildirib.

 

“Putin Alekseyi öldürməklə mənim yarımı, ürəyimi və ruhumu öldürdü. Amma məndə hələ də digər yarısı var və bu mənə deyir ki, mənim təslim olmağa haqqım yoxdur… Navalnının işini davam etdirəcəyəm və ölkəmiz üçün mübarizə aparacağam” – o deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Hansı ərazilərə hava-su kimi metrostansiya lazımdır? – Yeni Yasamal, Aeroport, Bayıl…

admin

Xəritə oyunu davam edir: Rusiya MN bizi ələ salır, yoxsa?…

redaktor

“Qarabağ” nə vaxt Xankəndidə meydana çıxacaq?

admin