25 C
Bakı
23 İyun 2025 15:11
Sağlamlıq

Daha çox D vitamini qəbul etməyin – 3 ASAN YOLU

“D”nin ən çox olduğu o qidalar…

daha-cox-d-vitamini-qebul-etmeyin-3-asan-yolu

 

İmmun sistemi üçün vacib olan D vitaminini xüsusilə, qış aylarında kifayət qədər ala bilmirik. Hələ pandemiya da həyatımıza daxil olandan evdən tez-tez bayıra çıxa, günəşdən lazım olan vitamini qəbul edə bilmirik. Həmçinin virusa qarşı D vitamininin qəbulunun vacibliyi də dəfələrlə mütəxəssislər arasında müzakirə mövzusu olub.

 

Tacxeber.com il ərzində daha çox D vitaminini qəbul etməyin çox asan 3 yollunu təqdim edir:

 

1 – YUMURTA

Yumurta ən gözəl D vitamini qaynağıdır. Bu, xüsusilə yumurtanın günəş işığına məruz qalan və yaxşı qidalanan toyuqlardan əldə edildiyi üçündür. D vitamini ən çox yumurtanın sarısında olur.

 

2 – YAĞLI BALIQLAR

Somon balığı D vitamini ilə zəngin balıqdır. Skumbriya, ton balığı, alabalıq və sardalya da D vitaminini bol-bol qəbul edə biləcəyiniz balıq növləridir.

 

3 – QIRMIZI ƏT

Mal və quzu əti kimi qırmızı ətlər kifayət qədər D vitamini ilə zəngindir. Mal ətinin qaraciyəri, böyrək və bağırsaqları da orqanizminizi D vitamini ilə təmin edəcək.

 

Qeyd:Yuxarıda qeyd etdiyimiz D vitaminli qidalar veqanların dostu deyildir. Ancaq bitki tərkibli qidalansanız belə, D vitamini qəbul etməyin çox faydalı yolları vardır. Belə ki, göbələk D vitamininin qəbulunda sizin bir nömrəli dostunuz olmalıdır. Aparılan araşdırmalara görə, bişirildikdən sonra göbələklərdə D vitamininin səviyyəsi azalsa da, 10 mikro qramdan aşağı düşmür.  Göbələk cəmi bir qab yeməklə orqanizminizi əhəmiyyətli dərəcədə D vitamini ilə təmin edən, heyvani olmayan, zənginləşdirilməmiş yeganə qida qaynağıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Çayın İNANILMAZ müalicəvi xüsusiyyətləri

redaktor

Çay içməyin beynə hansı təsirləri var?

redaktor

Qaraciyər xəstəlikləri olan insanlardan bişmiş alma iyi gəlir – Həkim

redaktor