11 C
Bakı
30 Mart 2026 05:38
Dünya

Rusiyada süni intellektə əsaslanan tanışlıq saytı yaradıldı

Rusiyada süni intellektə əsaslanan tanışlıq saytı yaradıldı

 

Rusiyalı proqramçılar süni intellektə (AI) əsaslanan tanışlıq saytı yaradıblar.

 

BAKU.WS-in xəbərinə görə, bu barədə “İzvestiya” qəzeti layihənin müəlliflərinə istinadən yazır.

Cütlük tapmaq üçün parametrlər olaraq sistem “Cattell”in psixoloji testini rəhbər tutur.

 

Qeydiyyatdan keçərkən istifadəçi bir neçə suala səslə cavab verir və gələcək tərəfdaşın vacib şəxsi xüsusiyyətlərini göstərir.

 

Sankt-Peterburq Dövlət Universitetinin tərtibatçıları qrupu unikal funksionallığı olan yeni onlayn tanışlıq saytını təqdim edib.

 

Layihənin rəhbəri Yeqor Krasilnikov bildirib ki, əsas vəzifə səslə müəyyən edilən parametrlər əsasında cütlük seçməkdir.

 

Bu məqsədlə şəxsiyyət xüsusiyyətlərini müəyyən etməyə kömək edən “Cattell” psixoloji testindən istifadə olunur.

 

Tətbiqin prinsipi belədir: qeydiyyatdan keçərkən istifadəçi bir neçə səsli mesaj yazır və beş suala cavab verir.

 

Qəbul edilən səs nümunələri istifadəçinin xarakterini müəyyən edən süni intellekt vasitəsilə təhlil edilir.

 

Bundan sonra istifadəçi gələcək partnyorun ünsiyyətcillik, zəka, emosional sabitlik və başqaları kimi şəxsi xüsusiyyətlərini faizlə seçir. Alqoritm məlumatları təhlil edir və ən uyğun tərəfdaşı seçir.

 

Portal hazırda tətbiqin mobil versiyası da daxil olmaqla tam fəaliyyət göstərir.

Tacxeber.com

Oxşar xəbərlər

Dmitri Qordon Mariya Zaxarovanın Qarabağa səfəri ilə bağlı tənqidlərinə cavab verib

redaktor

54 ilin rekord soyuğu qeydə alındı

redaktor

Əminəm ki, Rusiyaya qalib gələcəyik – Zelenski

redaktor