14 C
Bakı
01 Aprel 2026 14:00
DünyaSiyasət

NATO-Rusiya müharibəsi BAŞLAYIR? – “İllərlə davam edəcək”

NATO-nun baş katibi Yens Stoltenberq hərbi blokun üzvlərini Rusiya ilə münaqişəyə hazırlaşmağa və döyüş potensialını artırmağa çağırıb.

 

Stoltenberq qarşıdurmanın onilliklərlə davam edə biləcəyini deyib.

 

“NATO Rusiya ilə müharibə istəmir. Amma biz onilliklər davam edə biləcək mümkün qarşıdurma üçün özümüzü silahlandırmalıyıq”, – Stoltenberq “Welt”ə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, hazırda ən yaxşı müdafiə Ukraynaya yardım və NATO qoşunlarına investisiya qoyuluşudur. Daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, Rusiya ilə NATO arasında qarşıdurma yaxın 3-5 il ərzində baş verə bilər.

 

“Bild” nəşri isə Almaniyanın Rusiya ilə mümkün müharibəyə hazırlaşdığını qeyd edib. (Sfera)

 

 

Tacxeber.com

Oxşar xəbərlər

Yerə böyük asteroid yaxınlaşır

redaktor

Rusiyada axtarışda olan jurnalist Fransaya qaçıb

admin

Putin Kremldə işləyir, bütün marşrutlar ləğv edilib

redaktor