24 C
Bakı
13 Avqust 2025 23:01
Dünya

Seçki zamanı telefon və interneti kəsdilər

Seçki zamanı telefon və interneti kəsdilər

Səsvermənin davam etdiyi Pakistanda telefon və internet xidmətləri dayandırılıb.

 

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada, davam edən ümumi seçkilər zamanı “asayişin qorunması” məqsədilə ölkə ərazisində mobil telefon və mobil internet xidmətlərinin müvəqqəti dayandırıldığı təsdiqlənib.

Bəyanatda son hücumlarda günahsız insanların həyatını itirdiyi, təhlükəsizlik tədbirlərinin ictimai asayişin qorunması və potensial təhdidlərlə mübarizə üçün vacib olduğu qeyd edilib.

 

Sosial şəbəkələrdə minlərlə istifadəçi mobil telefon və internet xidmətlərinin dayandırılmasına reaksiya verib.

 

Qeyd edək ki, Pakistanda Milli Məclis və əyalət şurası seçkiləri üçün səsvermə bu gün yerli vaxtla saat 08:00-da başlayıb və saat 17:00-da başa çatacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Müharibəyə dair gizli plan səhvən jurnalistə göndərildi – Rəsmilər ayağa qalxdı

redaktor

“Qarabağda gördüklərim məni təəccübləndirdi” – Türkiyəli jurnalist

redaktor

Kiyevin ağıllı taktikası: Əsl Kursk döyüşü indi başlayır

admin