15 C
Bakı
29 Mart 2026 18:03
Dünya

Norveç əhalisinə çağırış: son 30 ilin ən güclü qasırğası…

 

Norveçdə son 30 ilin ən güclü qasırğasının yaxınlaşması ilə bağlı maksimum ehtiyatlı olmağa çağırış edilib.

Axar.az xəbər verir ki, bu barədə ölkə hakimiyyəti əhaliyə müraciət edib.

Norveç polisi sahildə sürəti saatda 125-180 kilometrə çatan güclü küləklərin müşahidə olunacağı barədə xəbərdarlıq edib. Bu səbəbdən aviakompaniyalar və bərə şirkətləri işdə fasilələr yaranacağını proqnozlaşdırırlar.

Ölkənin adaları arasında nəqliyyat əlaqəsini təmin edən bir sıra bərə operatorları reyslərini artıq dayandırıb. Bundan əlavə, hakimiyyət bəzi məktəblərin, eləcə də ölkənin dağlıq rayonlarında yolların, tunellərin və körpülərin bağlanmasına göstəriş verib.

Tacxeber.com

Oxşar xəbərlər

Vətən müharibəsinin ilk günü işğaldan azad edilən ərazilər – SİYAHI

redaktor

Coli azərbaycanlı siyasi məhbusa zəng etdi

redaktor

Ukrayna 3000 km məsafəni vura biləcək raket istehsal edir.

admin