Gündəm

Azərbaycanın cavabını gözləyirik – İrəvan

 

Bunlar heç bir siyasi çağırışı olmayan politoloji bəyanatlar idi. Müvafiq müsbət cavablar olarsa, müzakirələr təbii olaraq başqa mərhələyə keçəcək.

Tacxeber.com xəbər verir ki, bunu Erməmnistan XİN rəhbərinin müavini Vaan Kostanyan Paşinyanın Azərbaycana “bir-birinin ərazisinə hücum etməmək üçün pakt imzalanması” təklifini şərh edərkən deyib.

Sülh müqaviləsinin bağlanması perspektivlərinə gəlincə, nazir müavini qeyd edib ki, İrəvan Bakı ilə münasibətlərin tam nizamlanmasında və sülh sazişinin imzalanmasında səmimi olaraq maraqlıdır:

“Bilirsiniz ki, yanvarın 4-də müvafiq sazişin mətninin yenidən işlənmiş variantını göndərmişik. Azərbaycanın cavabını gözləyirik. Dünən cavabın bir neçə həftə ərzində veriləcəyi ilə bağlı açıqlamalar var idi”.

Tacxeber.com

Oxşar xəbərlər

Uşaq dünyaya gətirən 13 yaşlı qızın anası ondan və nəvəsindən imtina etdi – YENİLƏNİB

redaktor

Azərbaycanda “TIR”larla gəlin gətirməyə gedənlər saxlanıldı – VİDEO

redaktor

Vuçiç Putinə telefon zəngi haqda: “Bunu əsl kişilər edir”

redaktor