22 C
Bakı
09 Oktyabr 2026 16:04
İdman

“Qarabağ” Praqaya çatdı – Şəkillər

“Qarabağ” Çexiyaya çatıb.

Ağdam təmsilçisini aparan çarter reysi əvvəlcə Praqa şəhərinə eniş edib. Plzendə hava limanı olmadığından “Qarabağ”paytaxtdan 98 km uzaqdan yerləşən həmin şəhərə avtobusla yola düşəcək. Praqadan ora məsafə təxminən 1 saatdır.

Bu gün yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 20:00-da isə (Bakı vaxtı ilə 22:00) matçın keçiriləcəyi Plzen şəhər stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Xatırladaq ki, ÇL-in pley-off mərhələsinin “Viktoriya” – “Qarabağ” cavab oyunu avqustun 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bu komandaların Bakıdakı ilk qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb. /Qol.az

Tacxeber.az

Oxşar xəbərlər

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin

Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”

admin

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin