Dünya

Xamenei əmr verdi: ABŞ və İsraildən belə “qisas” alacaqlar

 

İranda Kirman partlayışından sonra ali dini lider Əli Xamanei “qisas” əmri verib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” nəşri yazır.

Nəşrin iddiasına görə, Xamenei cavab tədbirlərinin İsrailə və ABŞ bazalarına qarşı “proksi qüvvələr” (Yəməndə husilər, Livanda Hizbullah, Suriyada silahlı dəstələr-red) hücumları ilə məhdudlaşdırılmasına göstəriş verib.

Xamanei generallarını ABŞ-la birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb.

Qeyd edək ki, İranın Kirman şəhərində Qasım Süleymaninin anım mərasimi zamanı partlayış törədilib.

Tacxeber.com

Oxşar xəbərlər

Aprel düyünü: İran ətrafında gərginlik və qeyri-müəyyən ssenarilər

redaktor

İranda dövlət qulluqçuları ‘vətənə xəyanət’ ittihamı ilə həbs olunub

admin

Ukrayna Kursku bu məqsədlə tutub- SENSASİON AÇIQLAMA

redaktor