Cəmiyyət

Prezidentdən Xankəndi və Xocalı sakinlərinə müjdə

 

2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar.

Tacxeber.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

“Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”, – Azərbaycan Prezidenti qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Vətəndaşın nəfəsi də vergiyə düşəcək

redaktor

Qüdrətin “Quran azərbaycanca oxunsun” arzusu

redaktor

Apellyasiya Məhkəməsi Rüfət Səfərovun 8 illik həbs cəzasını qüvvədə saxladı

admin