20 C
Bakı
14 Oktyabr 2026 11:15
Sağlamlıq

Həkimdən xəbərdarlıq: Toyuğun bu hissələrini yeməyin, çünki…

Bəzən toyuq məhsulları sağlamlığınıza mənfi təsir göstərə bilər, ona görə də diqqətli olmalısınız.

Tacxeber.com xəbər verir ki, bu sözləri Moskva Dövlət Universitetinin cərrahı və müəllimi Aleksandr Umnov deyib. O, bildirib ki, ən çox parazit və zərərli bakteriyalar toyuqların ağciyərlərində toplanır.

“Toyuq ağciyərləri və başlarında çoxlu miqdarda parazit və zərərli bakteriyalar var ki, onlar bişirmə və qaynatma prosesi zamanı məhv edilməyəcəklər. Eyni səbəbdən quyruğu da yeməmək tösiyə olunur. Toyuq qaraciyərini yemək olar, amma az miqdarda və mümkün qədər təzə olmalıdır. Çünki xolesterin çoxdur”, – həkim NEWS.ru-ya verdiyi müsahibədə izah edib.

Mütəxəssis əlavə edib ki, toyuq qaraciyəri mis, B12 vitamini və dəmirlə zəngindir, lakin yüksək xolesterin böyrəklərə zərər verə bilər. Umnovun fikrincə, mədə xorası və ya qastritiniz varsa, belə qidalardan uzaq durmaq daha yaxşıdır. Üç yaşdan kiçik uşaqlara da vermək olmaz.

“Toyuq qaraciyərində çoxlu A vitamini var ki, bu da dəri və saç üçün faydalıdır, lakin onun bədəndə artıqlığı sürətlə zəhərlənməyə səbəb olur. Bundan əlavə, A vitamininin artıq olması beyinə təsir edir və böyüklərdə sümük toxumasının məhvinə, uşaqlarda isə inkişafın dayanmasına səbəb olur”, – cərrah yekunda vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Şəfa deposu narlı çay resepti

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor

İcbari Tibbi Sığorta və həkimin vicdan sınağı

redaktor