DünyaHadisə

Çexiyada matəm ELAN EDİLDİ

Çexiyada matəm ELAN EDİLDİ

 

Çexiyada universitetdə atışma nəticəsində çoxsaylı itkilərlə əlaqədar ölkədə bir günlük matəm elan edilib.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin xüsusi iclasından sonra bu barədə ölkə prezidenti Petr Pavel bildirib.

Onun sözlərinə görə, dekabrın 23-ü ölkədə matəm elan olunub, bununla əlaqədar rəsmi binalarda bayraqlar yarıya qədər endiriləcək və günorta saatlarında hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Xatırladaq ki, dekabrın 21-də Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsində atışma olub.

Polis rəisi Martin Vondrasek atışmadan sonra jurnalistlərə bildirib ki, hadisə nəticəsində 14 nəfər həlak olub, 25 yaralı var və onlardan 10-nun vəziyyəti ağırdır.

Tacxeber.com

Oxşar xəbərlər

Casablancas ölüb, Epstein ölüb. Tramp isə hələ də meydandadır.

admin

Diş ağrısı olan 30 yaşlı kişiyə yaşlı insanlar üçün xarakterik olan xərçəng diaqnozu qoyuldu

redaktor

Generalın oğlunun nəşi Bakıya gətirilir – Təffərüatı

admin