22.8 C
Bakı
10 İyun 2026 01:13
Dünya

Yeni prezidentə butulka atdılar, mühafizəçi yaralandı- Argentinada – FOTO

 

Argentinanın yeni prezidenti Xavyer Mayli Konqresdə and içdikdən sonra maşınına minərkən ona şüşə butulka atılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə “La Nation” yazır.

Camaatın arasından bir nəfərin atdığı şüşə butulka prezidentin başının bir neçə santimetr kənarından keçərək mühafizəçisinə dəyib.

Nəticədə mühafizəçi boynundan kəsik yarası alıb. O, dövlət başçısının iqamətgahı olan Kasa Rosadanın həkimləri tərəfindən müalicə olunub.

Polis prezidentə hücum edənin şəxsiyyətini müəyyən edərək onu saxlayıb. Bu, 51 yaşlı Qaston Ariel Mercanzini adlı şəxs olub. Məhkəmə onun həbsinə qərar verib.

Hadisədən bir neçə dəqiqə sonra Mayli qurultaydan iqamətgaha getdiyi maşını saxlamağı və küçəyə toplaşan insanlarla salamlaşmağı xahiş edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda təxirə salınan konsertə Sedat Pekerin adı qarışdı: Olay böyüdü

redaktor

Putin “Barbi” ləqəbli yeni sevgilisi – FOTOLAR

redaktor

Lavrov İndoneziyada xəstəxanaya aparıldı

redaktor