Sağlamlıq

Kovidə yoluxan hər 5 nəfərdən birində böyrəklər zədələnib – Nefroloq

 

Koronavirus keçirmiş hər 5-ci xəstə böyrək problemləri ilə üz-üzədir.

“Medicina” xəbər verir ki, bu barədə nefroloq Andrey Vatazin bildirib.

“35% xəstə böyrək zədələnməsindən əziyyət çəkir. Bir o qədər insan birinci mərhələdədir, hələ problemi hiss etmir.

Bütün kovid keçirən xəstələri terapevtlər ixtisaslı həkimlərə yönəltməlidir.

Çünki böyrəklər qanı təmizləyir, artıq mayeni çıxarır, təzyiqi normada saxlayır, elektrolit balansını qoruyur.

Böyrəklər normal işləməyəndə ödem əmələ gəlir, sümüklər zəifləyir, təzyiq yaranır.
4-cü dərəcədə artıq xəstəyə dializ və orqan nəqli lazım olur.

Kovidə yoluxduqdan sonrakı 6 ay ərzində bütün sağqalanların böyrək funksiyasının azalması 35% artır.

Bunun mexanizmi hələ dəqiq məlum deyil. Amma görünən odur ki, qızdırma və virusun yükü böyrəkləri zədələyir. Eləcə də qanda şəkəri artırır, bununla da diabet aktivləşir”.

Bundan öncə həkimlər kovidin autoimmun prosesləri aktivləşdirdiyini bildirib. Revmatoid artrit və qırmızı qurd eşənəyi də böyrəkləri zədələyir.

Tacxeber.com

Oxşar xəbərlər

“Nature” jurnalı: İnsan genomunun redaktəsi xəstəliklərin qarşısını ala bilər

redaktor

Hər gün az miqdarda təbii alma sirkəsini için – FAYDALARI

redaktor

Hər gün acqarına qatıq suyu için və təəccüblənin

redaktor