15 C
Bakı
31 Mart 2026 13:53
DünyaSiyasət

Gürcüstanda deputatlar əlbəyaxa oldu: “Rusiya arzusu”nun sonu yaxınlaşır

Acarıstan Ali Şurasında Vahid Milli Hərəkat partiyası ilə iqtidar partiyasından olan deputatlar arasında münaqişə yaşanıb.

Bu barədə “Georgia News” məlumat yayıb. Münaqişə nəticəsində deputatlar əlbəyaxa olublar.

Müxalifətçilər muxtariyyətin təqdim olunan büdcə layihəsinə yenidən baxılmasını tələb ediblər, “Gürcü arzusu” bunu ideal hesab edib və heç nəyi dəyişmək istəməyib.

Nəticədə Vahid Milli Hərəkat Partiyasının nümayəndələri parlamenti tərk ediblər və layihə onlarsız qəbul edilib.

“Mənim həmrəyliyim komanda yoldaşlarım və qardaşlarımladır. “Rusiya arzusu”nun sonu yaxınlaşır, isteriya güclənir”, – Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili toqquşmadan sonra “Facebook”da yazıb. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər tarixi sarayı görün nə hala salıb? – Pənahəli xanın evindən ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR

redaktor

Ukraynalı uşaq Ərdoğandan bunu istədi

redaktor

Rusiyada ixtisaslı kadrlar ölkəni tərk edirlər

redaktor