28 C
Bakı
28 Avqust 2026 12:57
Sağlamlıq

Keçən ildən qalma mürəbbəni yemək olarmı?

 

Nənələr deyərdi ki, mürəbbə xarlanar, amma xarab olmaz və hətta keçən ildən qalma mürəbbəni yeyərdilər.

“Medicina” xəbər verir ki, dosent Yelena Yerşova ötən ildən qalma mürəbbələrin sağlamlığa ciddi təhlükəsi barədə xəbərdar edib.

“Əgər köhnə mürəbbənin rəngi və dadı dəyişibsə, orda patogen mikroorqanizm bakteriya və göbələk çoxalmış ola bilər, bu isə güclü zəhərlənmə deməkdir.

Üzəri, qapağın altı kif bağlamış mürəbbəni d təkrar qaynadıb və ya təmizləyib yemək olmaz. Kif göbələyin izləri termik işlənmədən sonra da qala bilər.

Çəyirdəkli meyvədən mürəbbə 8 aydan çox saxlanılmamalıdır, çünki tum sinil turşusu ifraz edir.

Çəyirdəksiz mürəbbələri 1 il +15 dərəcəyə qədər temperaturda və ya soyuducuda 2 il saxlamaq olar.

Mənfi dərəcədə mürəbbə dad və keyfiyyətini dəyişir, metal qapaqdan istifadə etmək olmaz”.

Tacxeber.com

Oxşar xəbərlər

Sağlam insanın qoxusu nəyə bənzəməlidir?

redaktor

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

redaktor

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər

redaktor