İdman

AFFA rəsmisi: “Himnimiz səslənməsəydi, meydandan çıxacaqdıq” – VİDEO

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycan millisinin səfərdə Belçikaya qarşı keçirdiyi AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun oyununda Dövlət Himninin səhv səsləndirilməsinə münasibət bildirib.

Bu barədə “Report”a AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli açıqlama verib.

O, ilk olaraq İsveç himninin səsləndirildiyini xatırladıb:

“Sonra söylədilər ki, matça başlayın. Bizimkilər dedi ki, o zaman oynamırıq. Federasiya rəsmiləri aşağı düşdülər ki, himn səslənməsə, meydandan çıxacağıq. Ondan sonra Himnimizi səsləndirdilər. DJ səhvən ötən görüşdən qalma İsveçin himnini verib. Belçika yığmasının üzvü Romelu Lukaku üzr istədi, dedi ki, biz gözləyirik, problem yoxdur. Himn səslənsin”.
Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və meydan sahibləri 4:0 hesabı ilə öndədirlər.

 

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin