26.3 C
Bakı
30 İyun 2026 17:36
İdman

Canni De Byazi: “Uşaqlar bundan artığını edə bilməzdilər”

 

“Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər”.

“Report”un Brüsselə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Belçikaya 0:5 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur matçından sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis qarşılaşmanın çox ağır alındığını vurğulayıb: “Güclü rəqibə qarşı mübarizə apardıq. Qrupda yalnız bir heç-heçələri var idi. O da məlum səbəblərə görə yarımçıq dayandırılmış görüşdür. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq”.

İtaliyalı baş məşqçi Eddi İsrafilova start heyətdə şans verməsinə toxunub: “Fiziki baxımdan bunu nəzərə almalıyıq. Özümüz də uşaqlarla danışırıq. Eddi İsveçə qarşı yaxşı oyun sərgiləmişdi. Planımız fasilədə onu Coşqun Diniyevlə əvəzləmək idi. Amma alınmadı. İkinci hissədən daha çox razı qaldım. Birinci hissəyə yaxşı başlamamışdıq. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə qalsaq da, sonadək döyüşməliyik”.

Tacxeber.com

Oxşar xəbərlər

Oleq Korotayev məşhur boksçu idi, sonda kriminal avtoritetə çevrildi..

admin

Ronaldodan qaydasız döyüş fəndi – Video

redaktor

DÇ-2022-də ilk sensasiya – Argentina ilk oyunda məğlub oldu

admin