Sağlamlıq

Qışda psixikanı qorumaq üçün bunu için.

Soyuq aylarda gün işığı və istilik az olduğu üçün insanlarda depressiya, apatiya, kədər artır.

“Medicina” xəbər verir ki, endokrinoloq Yelena Koçneva psixikanı qorumağın yolunu açıqlayıb.

“Gün işığını az görmək və buna bağlı olaraq, D vitamini defisiti bir çox insanlarda melatonin hormonunun səviyyəsini artırır.

Nəticədə onlar əzgin, yuxulu, az hərəkətli və depressiv olurlar.

Yorğunluq, iştahsızlıq, diqqət yayqınlığı olur.

Ona görə də qışda D vitamin əlavəsi qəbul edilməlidir.

Eləcə də rasionda maqniy, B qrup vitaminləri və faydalı yağlar çox olmalıdır.

Çünki mikroelement, vitamin, amin turşuları çatışmazlığında hormonal və maddələr mübadiləsi pozulması yaranır.

İnsanın fiziki və psixi vəziyyəti pisləşir.

Əlavə tədbirlər kimi fiziki hərəkət, idman, gəzinti, masaj, kontrastlı duş məsləhətdir!”.

Tacxeber.com

Oxşar xəbərlər

Bədəniniz gündən yanarsa, bu üsulları tətbiq edin

redaktor

Sosial şəbəkələrdə videolara baxmaq beynin “çürüməsinə” səbəb olur – XƏBƏRDARLIQ

redaktor

Yumurtanın sarısında olan QİYMƏTLİ TƏRKİB

redaktor