24 C
Bakı
12 Avqust 2025 00:16
DünyaTarix

3500 il əvvələ aid sirli “Ölülər kitab”ı – Axirətdə insanlara kömək edir.

3500 illik qəbiristanlıqda qazıntı aparan arxeoloqlar “ölülərə axirətdə kömək edən” Qədim Misir dönəminə aid “Ölülər kitabı” tapıblar.

Teleqraf.com xəbər verir ki, kitab Misirin Tuna əl-Gəbel qəbiristanlığında aşkar edilib, təxminən 43-49 fut (13-15 m) uzunluğundadır.

Tədqiqatçıların fikrincə, belə kitablar Qədim Misirdə dəfnlərin bir hissəsi, onlardakı “sehrlər”i axirətdə fövqəltəbii sığortanın bir forması sayılırdı.

Kitab e.ə. 1550-1070-ci illərdə Yeni Krallıq dövründə əsası qoyulmuş ərazidə tapılan yeganə xəzinə deyil. Arxeoloqlar yüksək vəzifəli şəxslərə aid olduğu iddia edilən mumiyalar da tapıblar. Onların bəziləri hələ də yaxşı qorunub saxlanılan naxışlı daş sarkofaqlardadır. Aralarında baş kahinin qızı Ta-de-İsanın mumiyası da var.

Qazıntılar zamanı həmçinin mumiyalama zamanı bəzi orqanların saxlanması üçün istifadə edilən nadir alebastr kanopları və minlərlə gözmuncuğu aşkar edilib.

Tədqiqatçılar deyirlər ki, “Ölülər kitabı”nın nüsxəsini tapmaq o qədər də nadir deyil. Ancaq belə bir şeyin olduğu məzarda başqasına rast gəlmək çox nadirdir.

Təəssüf ki, tapılan kitabda məlumat azdır, amma elm adamları bunun böyük və maraqlı tapıntı olduğunu düşünürlər. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək – Qış soyuğu düşəcək

redaktor

Polislərimiz Xankəndidəki “məşhur” abidənin önündə – VİDEO

redaktor

Türkiyə şirkəti Azərbaycan ordusu üçün kater hazırladı

redaktor